ZEYTUN EMALI FABRİKİ

ŞİRKƏT HAQQINDA

"Azersun Holding" Şirkətlər Qrupunun fəaliyyəti ilə Azərbaycanda zeytunçuluq sahəsinə yenidən diqqət artırılıb.

Zeytun yağ zavodunun avadanlıqları Türkiyədən gətirilərək quraşdırılmış və əsaslı təmir işləri aparılmışdır. Bunkerə boşaldılmış zeytundan 3-cü separasiyada yağ ilə cecənin ayrılır və süzgəcdən süzülən açıq yaşıl, qızılı rəngli, zərif və xoş ətirli yağ əldə edilir.

Burada zeytunun cecəsi qurudulduqdan sonra ən yaxşı halda mal-qara üçlün keyfiyyətli yem, yaxşı gübrə və ekoloji cəhətdən təmiz yanacaq materialı kimi istifadə olunur.

Zeytun yağ zavodunda iri sisternlərə doldurulmuş zeytun yağı holdinqin Bakı Yağ və Qida Sənaye zavodunda qablaşdırılır. Burada rafinasiya proseslərindən keçən zeytun yağı yaraşıqlı dizaynlı qablaşdırılaraq ölkə bazarına və xaricə ixrac edilir.

Zeytun zavodu hər zeytun mövsümündə məhsul yığım kampaniyası keçirir. Məhsul yığılaraq Ticarət və Dağıtımın zeytun qəbul məntəqəsinə təhvil verilir. Əsasən Bakı, Sumqayıt, Zığ, Hovsan, Qala, Maştağa, Buzovna, Zuğulba, Bilgəh, Mərdəkan və Şüvəlan kəndlərindən qəbul məntəqəsinə oktyabr ayından fevral ayının sonunadək məhsul gətirilir. Qapana qoyulub çəkilir və maliyyəti müştəriyə ödənilir. Yerli mənşəli "Bakı", "Abşeron", "İynəburun", "Krım", "Pikvales", "Armudu zeytun", "Askalan", "Şirin" və "Qara" zeytun sortları yağlılığına görə daha çox fərqlənir.

FABRİK ŞƏKİLLƏRİ