Tələb olunan texniki bilik və bacarıqlar:
- Ali təhsil (Standartlaşdırma ve metrologiya ixtisasları üzrə məzun olanlara üstünlük verilir);
- Aidiyyatı sahə üzrə ən az 3 il iş təcrübəsi;
- İş yerinin təhlükəsizliyi, əməyin mühafizə qaydaları, ekoloji mühafizə qaydaları haqqında praktik biliyə malik olmalıdır;
- Rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;
- MS Office proqramları ilə sərbəst işləməyi bacarmalıdır;
- Müvafiq ölçmə vasitələrinin kalibrlənməsi sahəsində aidiyyatı dövlət orqanları tərəfindən attestasiyadan keçmiş şəxslərə üstünlük veriləcəkdir.
İş haqqında məlumat:
- “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa ve müvafiq iş təlimatlarına uyğun olaraq Şirkətlər Qrupu daxilində bütün fabrik və müəssisələrdə metroloji təminat üzrə işləri yerinə yetirir, istismarda olan temperatur və ağırlıq ölçmə vasitələrinin kalibrlənməsini (sınaqdan keçirilməsini) təmin edir;
- Holdinq müəssisələrinin metrolji təminatının yaxşılaşdırılması, ölçmə vasitələri və sınaq avadanlıqlarının təkmilləşdirilməsi istiqamətində yeni təklif və layihələrin hazırlanmasında iştirak edir;
- Holdinq müəssisələrində istismar olunan və istismara yeni daxil edilən ölçmə vasitələrinin kalibrlənməsi dövrülüyünü müəyyən edir və bunun yerinə yetirilməsi üçün təqvim-cədvəl hazırlayır;
- Ölçmə vasitələrinin vaxtaşırı (dövlət və beynəlxalq standartlara, mövcud normativ sənədlərə və iş təlimatlarına uyğun) kalibrlənməsini yerine yetirir;
- Alınan nəticələri laboratoriya iş dəftərində qeyd edir, kalibrləmə nəticələrindən ibarət sınaq protokolu və kalibrləmə sertifikatı tərtib edir;
- Cihaz ve avadanlıqların texniki qulluğunu yerinə yetirir;
- Lazım olan normativ sənədlərin, yoxlama metodikalarının hazırlanması və razılaşdırılaraq təsdiq olunması üzrə işləri yerinə yetirir;
- Holdinq müəssisələrində mühəndis texniki sənədlərin metroloji ekspertizasını həyata kecirir;
- Yeni ölçmə vasitə və metodlarının seçilməsi üzrə işləri yerinə yetirir, onların yerinə yetirilməsi metodikasını işləyib hazırlayır;
- Xüsusi təyinatlı ölçmə vasitələrinin işlənib hazırlanmasında iştirak edir;
- Nəzarət-ölçü cihazlarının vəziyyəti ilə əlaqədar texnoloji prosesdə yaranmış xətaların səbəblərinin analiz edilməsində və bu xətaların aradan qaldırılmasında iştirak edir;
- Ölçmələrin dəqiqliyinin nizamlanması və daha da artırılması sahəsində dövlət ve beynəlxalq standartların, digər normativ sənədlərin tətbiq edilməsində iştirak edir;
- Müəssisəyə yeni daxil olmuş ölçmə vasitələrinin texniki qəbulunu həyata keçirir;
- Metroloji təminatla bağlı hesabatlar hazırlayır.