Azersundan xəbərlər

“AZƏRSUN HOLDİNQ” 20 YANVAR ŞƏHİDLƏRİNİN ƏZİZ XATİRƏSİNİ DƏRİN HÜZN VƏ EHTİRAMLA YAD ETDİ

20 yanvar, 2009

20 Yanvar Azərbaycan tarixinin qanla yazılmış qəhrəmanlıq səhifəsidir. Hər il olduğu kimi, bu il də Azərbaycan xalqı 20 Yanvar faciəsini dərin hüzn və ehtiramla yad edir. İnsanlar axın-axın Bakının ən yüksək nöqtələrindən birində yerləşən, hər bir azərbaycanlı üçün müqəddəs yer hesab edilən Şəhidlər xiyabanına gələrək, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olmuş Azərbaycan oğul və qızlarının uyuduğu bu məkanda onların əziz xatirəsini dərin ehtiramla yad edirlər. Yaşından, millətindən, tutduğu vəzifədən və peşəsindən asılı olmayaraq, hamı şəhidlərin ruhuna dua etməyi özünə borc bilir.

“Azərsun Holdinq”in rəhbər işçiləri də Şəhidlər xiyabanını ziyarət etmişdir. Yanvarın 19-da şirkətlər qrupunun prezidenti cənab Abdolbari Goozal və Holdinqin məsul işçiləri vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlmiş şəhidlərimizi dərin hüznlə, ehtiram və iftixar hissi ilə yad etmişlər. Şəhidlərimizin adını əbədiləşdirmək üçün ucaldılan abidənin önünə əklil qoyan Abdolbari Goozal bəy onların ölməz ruhuna dualar oxumuşdur.

Daha sonra ötən əsrin birinci yarısında Azərbaycan torpaqlarında şəhid olmuş türk əsgərlərinin Şəhidlər xiyabanında ucaldılmış abidəsinə də gül qoyan cənab Abdolbari Goozal onların ruhuna dualar oxuyaraq əziz xatirələrini bir daha yad etdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!







[Əvvəlki] [Sonrakı]