Azersundan xəbərlər

AZƏRSUN” MARKALARI MOSKVADA KEÇİRİLMİŞ SƏRGİDƏ NÖVBƏTİ DƏFƏ UĞUR QAZANDILAR

13 dekabr, 2008

10-12 dekabr 2008 il tarixində Moskva şəhərində Rusiyanın “İntellektual mülkiyyət, patent və ticarət nişanları Federal agentliyi”nin (ROSPATENT) təşkilatçılığı, eləcə də İqtisadi inkişaf, Moskva şəhəri hökuməti və digər dövlət qurumlarının dəstəyi ilə “Ticarət nişanları və sənaye dizaynı 2008” adlı II ixtisaslaşmış sərgi keçirilmişdir.

Sərgidə Rusiyanın istehlakçıları ilə yanaşı MDB və digər xarici ölkə şirkətləri də öz qabaqcıl ticarət markalarını təqdim etmişdirlər. Sərgidə iştirak edən yeganə Azərbaycan şirkəti “Azərsun Holdinq” rus istehlakçılarına yaxşı tanış olan “Azərçay” və “Maryam” çay brendlərini uğurla sərgi ziyarətçilərinə təqdim etdi. Bunun nəticəsi olaraq, “Azərsun Holdinq” sərgidə iştirakına görə və “Azərçay” brendi “Ticarət nişanının işlənməsi və aktiv istifadəsinə” görə xüsusi diplomlarla təltif edildi.







[Əvvəlki] [Sonrakı]