Azersundan xəbərlər

GÜRCÜSTANIN MƏŞHUR “BATUMİ” ANSAMBLI “AZƏRSUN HOLDİNQ”İN SPONSORLUĞU İLƏ BAKIDA KONSERT PROQRAMI İLƏ ÇIXIŞ ETDİ

26 noyabr, 2008

Beləliklə, “Azərsun Holdinq” Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin möhkəmlənməsinə daha bir töhfə verdi.

Noyabr ayının 25-də Gürcüstanın “Batumi” vokal ansamblı Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında konsert proqramı ilə çıxış etdi. Tədbir Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və “Azərsun Holdinq”in maliyə dəstəyi ilə təşkil olunmuşdu. Konsertdə xarici dövlətlərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, dövlət və hökumət rəsmiləri, eləcədə ictimaiyyət nümayəndələri iştirak edirdi.

Açılış çıxışında Gürcüstanın ölkəmizdəki səfiri Nikoloz Natbiladze Azərbaycanla Gürcüstan arasında mədəni dostluq əlaqələrin ən yüksək səviyyədə olduğunu qeyd etdi. Bu əlaqələrin möhkəmlənməsinə və bunun bariz nümunəsi olan konsert proqramının təşkilində verdiyi dəstəyə görə “Azərsun Holdinq”in rəhbərliyinə və şəxsən şirkətlər qrupunun prezidenti cənab Abdolbari Goozala dərin təşəkkürünü bildirdi.

Daha sonra ansamblın xormeysteri və həmçinin aparıcısı Nodar Vaşanidze çıxışında, vokalistlərin peşəkarlığından və repertuarlarına məşhur gürcü bəstəkarlarından olan Casunqa Kaxidze, Revaza Laqidze və Qeoqqiya Tsabazdenin əsərlərini də daxil etdiklərini bildirdi.

Məşhur “Batumi” ansamblı konsertə Azərbaycanın və Gürcüstanın himni ilə başladı. Rəngarəng repertuarı ilə, 13 nəfərdən ibarət olan ansambl həm xor həm də solo mahnılarla yanaşı Azərbaycan musiqisinə də müraciət edərək “Bəri gəl” mahnısını ifa etdilər.









[Əvvəlki] [Sonrakı]