Azersundan xəbərlər
QARDAŞ ÖLKƏ TÜRKİYƏ 85 İLLİK YUBİLEYİNİ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD ETDİ
24 oktyabr, 2008
29 oktyabr tarixində qardaş ölkə Türkiyə öz 85 illik yubileyini “Gülüstan” sarayında təntənəli şəkildə qeyd etdi. Tədbirə bir sıra dövlət məmurları, qeyri-hökumət təşkilatları və eləcədə türk iş adamları ilə yanaşı bir sıra qurumların nümayəndələri dəvət olunmuşdur.
“Azərsun Holdinq”in prezidenti cənab Abdolbari Goozal da qardaş ölkə Türkiyənin yubiley mərasimində iştirak etmişdir.
Həmin gün quruluşunun 85-ci ilini qeyd edən Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç günün əhəmiyyətindən bəhs etdi. Tarixdə özünəməxsus rolu ilə seçilən böyük Osmanlı imperiyasından sonra Türkiyə respublika olaraq elan edildi. O dövrdə ölkənin düşdüyü müharibə şəraiti insanların yaşayışı çətin olsa da vətən uğrunda apardıqları şücaətli mübarizdən qalib olaraq çıxmışlardı. Vətən uğurunda gedən bu mübarizədə Azərbaycan Respublikasının da o dövrdə qardaş ölkənin ordusunu dəstəkləmək üçün göndərdiyi əsgərlərin də rolu danılmazdır. Beləliklə Mustafa Kamal Atatürkün başçılığı ilə aparılan mübarizə uğurla nəticələndi və 1923-cü 29 oktyabrda Türkiyə Respublika elan edildi.
| [Əvvəlki] | [Sonrakı] |

