Azersundan xəbərlər

“BRITISH COUNCIL” VƏ AVROPA BIRLİYİNİN “TASİS” PROQRAMININ EKSPERTLƏRİ “AZƏRSUN HOLDİNQ”İN QONAĞI OLDULAR

17 oktyabr, 2008

Beynəlxalq standartlara uyğun iş sistemi ilə seçilən “Azərsun Holdinq” mütəmadi olaraq xarici iş adamları və ekspertlərlə müxtəlif görüşlər keçirir.

Buna misal olaraq, bu yaxınlarda tədris proqramları ilə əlaqədar həyata keçirilmiş və kifayət qədər məhsuldar alınmış görüşü qeyd edə bilərik. “Britiş konsul” və Avropa Birliyinin “Tasis” proqramının ekspertləri Niels Kritensen, Devid Hard və Noel Hibbertin iştirakı ilə keçirilmiş görüşdə, qonaqlar əsasən holdinqin Tədris şöbəsinin həyata keçirdiyi işlərlə tanış oldular. Görüşdə İnsan Resursları Departamentinin koordinatoru Ercan Alkan, departamentin müdiri Elçin Məmmədov və Tədris şöbəsinin şefi Sanar Məmmədov ekspertlərə tədrislə bağlı aparılan işlər haqqında geniş məlumat verdilər.

Qeyd etdiyimiz kimi kifayət qədər məhsuldar alınmış bu görüş, ekspertlərlə aparılmış fikir mübadiləsi ilə sona çatmışdır.





[Əvvəlki] [Sonrakı]