Azersundan xəbərlər

ZEYTUN YAĞLARIMIZ YUNANISTANIN KRİT ADASINDAN UĞURLA QAYITDI

10 oktyabr, 2008

Yunanıstanın Krit adasında təşkil olunmuş “Həyatın dadı” adlı III Beynəlxalq Kulinariya müsabiqəsinə 5 ölkənin - Azərbaycan, Ukrayna, Serbiya, Yunanıstan və Fransanın nümayəndələri qatılmışdılar. Ölkəmizi isə bu müsabiqədə 3 nəfərdən ibarət Azərbaycan Milli komandası təmsil edirdi.

Yarış El Qreko restoranının həyətində başladı. Burada aşpazların fərdi yarışları üçün 6 açıq mətbəx qurulmuşdu. Və ölkəmizi təmsil edən komanda üzvləri 3 gün ərzində fərdi olaraq 7 sinif yarışında kifayət qədər uğurla iştirak etmişdir.

Belə ki, komandanın kapitanı Nailə Mürsəlova «Etnik mətbəx», «Balıq sinfi», «Xəmir xörəyi», «Müasir mətbəx» siniflərində, komandanın gənc üzvü 18 yaşlı Sənubər Qurbanova isə «Etnik mətbəx», «Qoyun ətindən mətbəx», «Balıq sinfi», «Balıq xörəyi» siniflərində iştirak etmişdirlər.

7 fərdi sinif yarışlarında Nailə Mürsəlova komandaya 1 qızıl (Etnik mətbəx sinfindən), 1 gümüş (Balıq sinfindən), Sənubər Qurbanova isə 1 gümüş (Qoyun ətindən xörək sinfindən) və 1 bürünc (Etnik mətbəx sinfindən) medal qazandırmışdırlar. Aşpazlarımızın 7 fərdi sinifdən 4 medal gətirməsi yüksək nailiyyətin göstəricisidir.

Eyni zamanda qeyd etmək lazımdır ki, yarışlarda “Bakı Yağ və Qida Sənaye” ASC-nin istehsalı olan zeytun yağlarından və müəssisəmizin istehsal etdiyi digər ərzaq məhsullarından istifadə olunmuşdur. “Bakı Yağ və Qida Sənaye” ASC-nin istehsal etdiyi zeytun yağları barədə yunanıstanlı aşpazlar özlərinin yüksək fikirlərini də bildirmişlər.

Aşpazlarımız yunanıstanlı həmkarlarına “Azərsun Holdinq” müəssisələrinin istehsalı olan ərzaqlardan ibarət hədiyyə paketləri təqdim etmişdirlər.

Aşpazlarımızın keyfiyyətli məhsullarımızdan istifadə etməklə bişirdikləri ləziz xörəklər yarış iştirakçıları və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Bununla yanaşı, “Azərsun Holdinq”in yağları Serbiya Kulinariya Assosiasiyasının diplomu ilə də mükafatlandırıldı.





[Əvvəlki] [Sonrakı]