Azersundan xəbərlər

TEATR MÖVSÜMÜNÜ “QIZ ATASI” TAMAŞASI İLƏ AÇAN ŞUŞA MUSIQİLİ DÖVLƏT DRAM TEATRI TAMAŞAÇILARA XOŞ ƏHVAL-RUHİYYƏ BƏXŞ ETDİ

15 sentyabr, 2008

Şuşa teatrı bu mövsümü “Qız atası” tamaşası ilə açdı. Yazıçı Əfqanın əsərinə müraciət edən teatr, tamaşanın premyerasını “Azersun Holding”in Mədəniyyət Mərkəzində nümayiş etdirdi.

Əsər 1960-cı illərdə qələmə alınsa da, mövzu etibarilə bu gün də öz aktuallığını itirməmişdir.

Teatrın səhnələşdirdiyi bu əsərin əsas mövzusu ailə-məişət haqqında idi. Duzlu-məzəli, yumoristik xarakter daşıyan tamaşada rolları Şükufə Musayeva, Teymur Məmmədov, Aybəniz Əhmədova və başqaları böyük məharətlə ifa etdilər. Tamaşanın rejissoru Nazir Rüstəmov, rəssamı Nazilə Əhmədova, musiqi tərtibatçısı isə Azad Məmmədov idi.

Qeyd etmək lazımdır ki, bir saatdan çox davam edən “Qız atası” tamaşası, onu seyr edənlərə ən xoş əhval-ruhiyyə bəxş etdi.

[Əvvəlki] [Sonrakı]