Azersundan xəbərlər

“MÜHARİBƏ” KITABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ

14 may, 2008

13 may 2008-ci il tarixdə “Azersun Holding” Şirkətlər Qrupunun Mədəniyyət Mərkəzində, “Azersun Holding”in maddi dəstəyi ilə nəşr edilmiş “Müharibə” kitabının təqdimat mərasimi keçirilmişdir.

“Azersun Holding”in əməkdaşı olan Vasif Vaqifoğlunun qələmə aldığı roman cari ilin mart ayında Hərbi Nəşriyyatda işıq üzü görmüşdür.

Kitabda Qarabağ müharibəsinin döyüş səhnələri, XX əsrin sonlarında Azərbaycan xalqının başına gəlmiş fəlakətlər, əsgərlərimizin erməni işğalçıları ilə mübarizəsi, əsirlikdə başları məşəqqətlər çəkmiş soydaşlarımızın dözülməz həyat şəraiti, erməni quldurlarının Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər özünə yer almışdır. Roman 4 hissədən, proloq və epiloqdan ibarətdir.

Əsərin əsas personajları: Müşviq Əliyev, Əliş İmanov, Pərviz Qasımov, Bayram Bayramov, Ruslan Ədilzadə və başqaları “Azersun Holding”in əməkdaşlarıdır.

[Əvvəlki] [Sonrakı]