Azersun xƏbƏrlƏrİ
ŞİRKƏTLƏR QRUPU YENİ İL QABAĞI EHTİYACI OLANLARI SEVİNDİRDİ
29 Dekabr 2011
31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramı ərəfəsində şirkətlər qrupunun “Azərsun” fondu bir neçə uşaq evi və digər xüsusi qayğıya ehtiyacı olanlar üçün fəaliyyət göstərən müəssisələrdə bayram şənlikləri keçirtdi, sakinlərinə hədiyyələr payladı.
“Azərsun” fondu Saray qəsəbəsi 7 saylı uşaq evi, Şağan qəsəbəsi 3 saylı ağıldankəm uşaqlar üçün internat evi, Maştağa qəsəbəsi Təbəssüm uşaq evi, Gənclik psixonevroloji uşaq evi, Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları Birliyi Xocalı rayon şöbəsi, 22 saylı Xəstə Uşaq Sanatoriyası və Əhmədli qəsəbəsi 3 və 4 saylı uşaq evlərində şənlik proqramları təşkil edilmiş, sakinlərə bayram hədiyyələri paylanmışdır.
| [Əvvəlki] | [Sonrakı] |

