Azersun xƏbƏrlƏrİ

ÜMUMMİLLİ LIDER HEYDƏR ƏLİYEVİN VƏFATININ 8-Cİ İLDÖNÜMÜ YAD EDİLDİ

13 dekabr 2011

Müasir Azərbaycanın qurucusu, Azərbaycanın ümummilli lideri, dahi rəhbər Heydər Əliyevin vəfatından 8 il ötür. “Azərsun Holdinq” hər zaman ölkənin milli mənəvi dəyərlərinə böyük ehtiramla yanaşır və sosial məsuliyyəti özündə dərindən dərk edərək, hər zaman ümummilli lider Heydər Əliyevin xatirəsini uca tutaraq yad edir.

Dekabr ayının 12-də “Azərsun Holdinq” rəhbərliyi və kollektivi ulu öndər Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etdi.

Başda idarə heyətinin üzvləri Zeynəb Gözəl və Ahmet Yeman olmaqla şirkətlər qrupunun əməkdaşları ümummilli liderin əziz xatirəsini yad edərək məzarı önünə əklil və tər çiçəklər qoymuşlar.

 

 

 


[Əvvəlki] [Sonrakı]