Azersundan xƏbƏrlƏr
ŞUŞANIN İŞĞALININ 19-CU İLDÖNÜMÜ "AZƏRSUN HOLDİNQ"DƏ QEYD EDİLDİ
7 may 2011
7 may tarixində Azərsun Holdinq Mədəniyyət Mədəniyyət Mərkəzində Şuşanın işğalının 19 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi və “Azərsun Holdinq”in birgə təşkil etdiyi “Vətən çağırır” adlı anma mərasimi keçirildi.
Mərasimdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi və Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, Şuşa rayon məcburi köçkünləri və şirkətlər qrupunun nümayəndələri iştirak etmişlər.
Tədbirdə Şuşanın işğalı ilə bağlı Bayram Səfərov və “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev çıxış etdi.
Sonra isə tədbir iştirakçılarına Şuşa Dövlət Musiqili Dram Tetarının hazırladığı adlı bədii kompazisiya “Şuşasız” tamaşası nümayiş etdirildi.
| [Əvvəlki] | [Sonrakı] |

