Azersundan xƏbƏrlƏr

"AZƏRSUN HOLDINQ"IN NOVRUZ SOVQATI KÖRPƏLƏRIN SEVINC PAYI OLDU

19 mart 2011

Şirkətlər qrupu Novruz bayramında xüsusi qayğıya ehtiyacı olanlara və şirkət əməkdaşlarının övladlarına bayram şənliyi təşkil etdi.

Hər il olduğu kimi bu il də "Azərsun Holdinq" milli bayramımız olan Novruzda körpələri bayram şənliyi ilə sevindirdi. Şirkətlər qrupunun mədəniyyət mərkəzində "Azərsun Holdinq" əməkdaşlarının övladları üçün nəzərdə tutulmuş bu bayram şənliyində körpələrə uşaq teatrının kollektivi tərəfindən hazırlanmış şən tamaşa nümayiş etdirildi.

İlk olaraq Novruz bayramının əsas personajlarının Kosa, Keçəl və Bahar qızın iştirakı ilə məzəli səhnəcik nümayiş etdirildi. Balacalar söylədikləri şeir, ifa etdikləri mahnı və rəqslərlə bayrama daha da şən əhval-ruhiyyə bəxş etdilər. Sonra isə tamaşa zalına keçən balacalar burada maraqlı bayram nağılına tamaşa etdilər.

Tədbirin sonunda körpələrə holdinq tərəfindən bayram sovqatı paylanıldı.

Bayramda növbəti şənlik tədbirlərinin bir də kimsəsiz və qayğıya ehtiyaı olanlar üçün idi. Şirkətlər qrupu 26 təşkilata və fiziki şəxslərə kömək etməklə ümumilikdə 700 nəfərdən çox insana bayram sovqatı ərmağan etdi.

Həmçinin Novruz bayramı münasibəti ilə “Azərsun Holdinq”in baş sponsorluğu və “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi ilə birgə uşaq evlərinin sakinləri üçün “Qoy üzləri gülsün” adlı Novruz şənliyi hazırlanmışdır. Şənlikdə 16 saylı internat məktəbi, Psixonevroloji uşaq evi, Psixonevroloji internat məktəbi, Əlillər evi, Təbəssüm uşaq evinə sığınan uşaqlar iştirak etmişdirlər. Şənliyin sonunda isə şirkətimiz tərəfindən onlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.


[Əvvəlki] [Sonrakı]