Azersundan xəbərlər
TÜRKIYƏNIN DÖVLƏT NAZIRI CƏNAB ZƏFƏR ÇAĞLAYAN “AZƏRSUN HOLDINQ”IN QONAĞI OLDU
29 iyul 2010
Türkiyənin Xarici Ticarət məsələləri üzrə Dövlət naziri Zəfər Çağlayan Azərbaycanın ən iri şirkətlərindən biri olaraq qida və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdolbari Goozalın qonağı olmuşdur.
Görüşdə nazir Zəfər Çağlayanla yanaşı Türkiyədən gələn bir qrup millət vəkili, iş adamı və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Hulusi Kılıç də iştirak edirdilər.
İlk olaraq qonaqlara şirkətlər qrupunun fəaliyyəti barədə ətraflı məlumat verildi. Görüşdə “Azersun Holdinq”in Türkiyə şirkətləri ilə əlaqələrindən və gələcək birgə həyata keçirəcək layihələrdən danışıldı.
Dövlət başçısı zavodun konfrans salonundakı müəssisənin maketi və fotoşəkilləri ilə də tanış oldu.
Şirkətlər qrupunun idarə heyətinin sədri Abdolbari Goozal və holdinqin bir qrup rəhbər şəxsləri ilə görüş keçirən nazir “Azərsun Holdinq”in fəaliyyətini yüksək qiymətləndirdi.
| [Əvvəlki] | [Sonrakı] |

