Azersundan xəbərlər

BURA VƏTƏNDİR AKSİYASI ÖZ İŞİNİ DAVAM ETDİRİR.

12 mart 2010

Gənc nəslin vətənpərvərlik təfəkkürünün formalaşması istiqamətində aparılan “Bura Vətəndir” aksiyasının növbəti tədbiri “Azərsun Holdinq”in mədəniyyət mərkəzində keçirildi.
“Azərsun Holdinq” ictimai-sosial həyatda gənclərin milli şüurunun formalaşması yolunda həyata keçirilən fəaliyyətləri dəstəkləyir. “Azərsun Holdinq”, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə həyata keçirdiyi “Bura Vətəndir” adlı layihəsinin növbəti tədbiri holdinqin mədəniyyət mərkəzində təşkil olunmuşdur. Bu dəfəki aksiyada AR Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak etmişlər.
Aksiya çərçivəsində dahi ədibimiz Cəlil Məmmədquluzadənin “Kamança” pyesi nümayiş etdirilmişdir.

Tədbirdə ilk olaraq “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamnetinin bölmə rəisi Afiq Səfərov çıxış etmiş aksiyayla bağlı müsbət fikirlərini dilə gətirmişdir. Sonra isə söz, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Mehdi Abdullayevə verilmişdir. O, çıxışında layihə ilə bağlı xoş sözlər söyləmiş və gənclərin bu kimi tədbirlərdə iştirakının təmin edilməsini müsbət hal kimi dəyərləndirmişdir.
Proqramın bədii hissəsəində isə “Kamança” tamaşası nümayiş etdirilmişdir.

[Əvvəlki] [Sonrakı]