Azersundan xəbərlər

XOCALI SOYQIRIMI MÖVZUSUNDA MÜSABİQƏNİN QALİBLƏRI ELAN OLUNMUŞDUR.

25 fevral 2010

         Azərbaycan Mətbuat Şurası və «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyinin “Azərsun Holdinq”in maliyyə dəstəyiylə, «Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək» adlı jurnalistlər arasında elan olunmuş yazı müsabiqəsi yekunlaşmışdır. 25 fevral tarixində “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində Xocalı şəhidlərinin anım mərasimi keçirilmiş və yazı müsabiqəsinin qalibləri elan olunmuşdur. Tədbirdə çıxış edən “Azərsun Holdinq”in vitse prezidenti Tahir Gözəl faciənin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında Qarabağ mövzusunun, xüsusən də Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin ədalətli mövqeyinin təbliği istiqamətində genişmiqyaslı işlər aparıldığını qeyd etdi.  Əflatun Amaşov  - "Dünyanın bir çox yerlərində müxtəlif anım tədbirlərinin təşkili sayəsində beynəlxalq aləm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində xalqımızın üzləşdiyi faciəli vəziyyətlər, o cümlədən 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olması haqqında məlumatlar əldə etməkdədir."
     Növbəti çıxışçı, müsabiqənin münsiflər heyətinin sədri, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Azərbaycan mediası Qarabağ həqiqətlərinin və Xocalı soyqırımın təbliğinin zərurətindən bəhs edərək, keçirilən müsabiqənin nəticələrini elan etdi. Nəticələrə görə:
1-ci mükafata – “Kaspi” qəzetinin əməkdaşı Sənan Nəcəfov,
2 ci - mükafata – “Ədalət” qəzetinin əməkdaşı Ceyhun Musaoğlu və “Qarabağa aparan yol” qəzetinin əməkdaşı Səriyyə Müslimqızı,

3 cü - mükafata – “525-ci qəzet”in qəzetinin əməkdaşı Rufik İsmayılov, “Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı, “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Kəbutər Haqverdiyeva,

araşdırma yazısı nominasiyasında mükafatçı Saleh Bəy Qarabağlı layiq görülmüşdür.

Həvəsləndirici mükafat nominasiyasında isə,

“Mərkəz” qəzetinin əməkdaşı Bəxtiyar Elcan,
“Zaman- Azərbaycan” qəzetinin əməkdaşı Nicat İntiqam,
“Səs” informasiya agentliyinin əməkdaşı Elçin Bayramlı,
“Zaman- Azərbaycan” qəzetinin əməkdaşı Əziz Mustafa,
“Türküstan” qəzetinin əməkdaşı Səbinə Mövsümova,
“Mərkəz” qəzetinin əməkdaşı Zülfiyyə Quliyeva,
“Reytinq” qəzetinin əməkdaşı Seymur Verdizadə,
“Qarabağ” qəzetinin əməkdaşı Əntiqə Rəşidqızı,
“Euroxəbər” qəzetinin əməkdaşı Novruz Novruzov qalib olmuşdurlar.

Müsabiqənin şərtlərinə görə,
Birinci yer            -    1 nəfər        -    1000 AZN
İkinci yer            -    2 nəfər        -     650 AZN
Üçüncü yer            -    3 nəfər        -     300 AZN

Ən yaxşı araşdırma işi     –     1 nəfər     –     500 AZN
Həvəsləndirici mükafat 9 nəfər – 50 AZN nəzərdə tutulmuşdur.

         Müsabiqənin münsiflər heyətinə Milli Məclisinin deputatları Bəxtiyar Sadıxov, Elman Məmmədov, jurnalistlərdən Rəşad Məcid, Bahəddin Həziyev, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun üzvü Mahir Cavadlı, Azərbaycan Diaspora Komitəsinin nümayəndəsi Elşad Miraləm daxildir.



[Əvvəlki] [Sonrakı]