Azersundan xəbərlər
“AZERSUN HOLDİNG” KORPORATİV VƏ MARKA SAYTLARININ TƏQDİMATI OLDU.
14 dekabr, 2009
14 dekabr 2009-cu il tarixində “Trend” İnformasiya Agentliyinin Beynəlxalq Mətbuat Mərkəzində “Azersun Holding”in korporativ və marka saytlarının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Təqdim olunan saytlar barədə məlumatı, “Azersun Holding” İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin bölmə rəisləri Afiq Səfərov və Fuad Həsənov, Veb dizayneri Murad Nağıyev və saytların hazırlanmasında iştirak edən tərəfdaş “Silverkey” şirkətinin rəhbəri Fərid İsmayılzadə təqdim etmişdir.
Layihəyə 2008-ci ilin noyabr ayında start verilmişdir. Layihə çərçivəsində 9 korporativ və 9 marka saytı hazırlanıb internet istifadəçilərinin ixtiyarına verilmişdir. Saytlar aşağıdakılardan ibarətdir:
Saytlarda 4 dildə - Azərbaycan, Türk, İngilis və Rus dillərində olmaqla, “Azersun Holding”in fəaliyyəti barədə ən yeni xəbərlər, istehsal etdiyi məhsullar, ticari fəaliyyətləri, vakant iş yerləri, sosial məsuliyyət layihələri, insan resursları və s. barədə faydalı məlumatlar təqdim olunmaqdadır.
2009 cu il ərzində, “Azersun Holding” korporativ web səhifəsinə 101668 nəfər daxil olmuş və həmin daxil olanlar 1027943 dəfə səhifələrə müraciət (clik) etmişlər. Saytlara 84 ölkə olmaqla, əsasən Türkiyə, Rusiya, ABŞ, Almaniya, Misir, BƏƏ, İsrail, və Mərakeşi təmsil edən istifadəçilər daxil olmuşdur.
| [Əvvəlki] | [Sonrakı] |

