"AZƏRSUN KƏND TƏSƏRRÜFATI" MMC
ŞİRKƏT HAQQINDA
“Azersun” Kənd Təsərrüfatı 2006-cı ildən öz fəaliyyətinə başlamışdır. Bu şirkətə bağlı olaraq fəaliyyət göstərən müəssisələr müxtəlif kənd təsərrüfatı məhsullarının əkilməsi, becərilməsi və emalı ilə məşğul olur.
Hal-hazırda Biləsuvar rayonunda 3400 hektarlıq ərazidə ABŞ-ın “Valmond İnterbational” şirkətinin süni suvarma sistemi ilə təchiz olunmuş və cari ildə 1000 hektarlıq ərazidə yazlıq və payızlıq əkin işləri həyata keçiriləcəkdir. əsasən istehsal olunacaq məhsullar şəkər çuğunduru, soya, pomidor, arpa, göy noxud, adi noxud, qarğıdalı və s.
Gələcək illərdə ərazinin qalan hissələri süni suvarma sistemi ilə təchiz olunaraq torpaq islahatı keçirməklə kütləvi şəkildə pomidor, dənli, yağlı dənli bitkilər və şəkər çuğunduru əkiləcəkdir.
Həmin sahəyə cari ildə 4 milyon 300 min manat investisiya qoyulacaq. Dövriyyə vəsaiti isə 8 yüz 50 min manat təşkil edəcəkdir. Bu ərazidə istifadə olunan kənd təsərrüfatı texnologiyası əsasən ABŞ-da yayılmış və tətbiq olunan texnologiyaya uyğun olaraq aparılacaqdır. Bununla yanaşı Türkiyədə tətbiq edilən texnologiyalardan və yerli texnologiyalar tətbiq olunacaqdır. Əkinlərdə istifadə olunan toxumlar əsasən elit və super elit növlü toxumlar olacaqdır.
Gələcək illərdə həmin ərazidə emal müəssisəsinin tikilməsi də nəzərdə tutulur.
Beyləqan rayonunda 200 hektarlıq ərazinin pilot təsərrüfatında göy noxud, adi noxud, qarğıdalı, arpa və müxtəlif çeşiddə tərəvəz əkini ilə məşğuldur. Həmin pilot təsərrüfatında ABŞ-ın “Valmond İnterbational” şirkətinin son model süni yağmurlama sistemi quraşdırılaraq istifadəyə verilib. Eyni zamanda ABŞ-ın kənd təsərrüfatı texnikaları üzrə məşhur “John Deer” şirkətinin traktor və aqrotexniki avadanlıqları ilə təchiz olunmuşdur. Həmin pilot təsərrüfatına 2006-cı ildə təxminən 2 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdur.
2006-cı ildən zavod, fındıqçılıq emalı sahəsində fəaliyyət göstərir. “Azersun” Kənd Təsərrüfatı məşğuliyyətlərinin əsas forması ətraf rayonlara yerləşdirilən fındıq məhsulunun əhalidən onlara sərfəli qiymətə alışını təşkil edir. Gələcək illərdə lazım gəldikdə fındıq istehsalında müəyyən güzəştli əmtəə kreditlərinin verilməsi nəzərdə tutulub.

ŞƏKİLLƏR: