ŞİRKƏTİMİZİN FƏLSƏFƏSİ
Şirkət Fəlsəfəmiz 19 Prinsipdən İbarətdir.
- Fəaliyyətlərimizin təməlində ədalət anlayışı durur, tərəzimizi düzgün qurar, başqalarının haqqına tənəzzül etmərik;
- Hər kəsin əkdiyini biçəcəyinə, zəhmət çəkənin qarşılığını əldə edəcəyinə inanırıq;
- Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən daha keyfiyyətli məhsul və xidmət təqdim etmək təməl hədəfimizdir;
- İstehsal etdiyimiz hər bir məhsulda insan sağlığı amilini dərk edir və bu məsələdə qətiyyən güzəştə getmirik;
- Gözəl əxalqa malik insanları işə alırıq, işçilərimizin " öz işinin lideri" olduğuna inanırıq;
- İşçilərimizin motivasiyasına önəm verir, performansları nisbətində maddi və mənəvi dəstək veririk;
- İşçilərimizin fikirlərini açıq və sərbəst ifadə etməyə təşviq edir, düşüncə və fikirlərinə böyük önəm veririk;
- İşçilərimizə etibarlı, təhlükəsiz və sağlam işləyəbiləcəkləri iş şəraiti yaradırıq;
- Qurumumuzun işçilərinin dinamik və davamlı inkişafını nailiyyətlərimizin təməl əsası olaraq görürük;
- Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk;
- Texniki yenilikləri sürətlə mənimsəyir, inkişaf etdirərək istifadə edir və öz know-how’umuzu formalaşdırırıq;
- Ümumi keyfiyyət həyat tərzimizdir;
- Cəmiyyətə faydalı olmaq və çalışdığımız bölgənin xalqının etibarını qazanmaq üçün hədsiz dərəcədə səy göstəririk;
- Hər bir işimizdə ətraf mühiti, təbiəti qorumağa çalışırıq;
- Olduğumuz ölkənin qaydalarına tabe oluruq;
- Atdığımız addımların gələcək nəsillərə işıq tutmasını hədəfləyirik;
- Əlaqədə olduğumuz şəxs və qurumlarla qarşılıqlı hörmət prinsipləriylə davranır, bəşəri münasibətləri davamlı inkişaf etdirməyə diqqət edirik;
- Rəqabətin gözəlliyinə və bizi mükəmməlliyə aparacağına inanırıq;
- Bütün işçilərimizə və iş münasibətlərində olduğumuz şəxslərə din, dil, irq, milliyət və sosial statuslarına baxmadan bərabər davranırıq.

